Ermənistan parlamentində İlham Əliyevin adı gələndə… – İrəvanda ŞOK QƏRAR

0
253

Ermənistan parlamentinin deputatları Azərbaycan Prezidenti İlham Əliyevin adı gələndə qaçır, yaxud danışmaqdan imtina edirlər.

B
u barədə “Hraparak” nəşri yazıb.

Nəşr iddia edir ki, Ermənistan hakimiyyəti İlham Əliyevdən çəkinir, hətta onunla bağlı hansısa suala cavab verməkdən imtina eddəcək qədər qorxurlar.

“İlham Əliyevin son çıxışları ilə bağlı hakim partiyanın deputatlarına suallar ünvanlansa da, onlar cavablandırmaqdan imtina edirlər. Əliyevin Xankəndidə bayraq qaldırması haqda Paşinyanın deputatlarına suallar ünvanladıq. Lakin hər kəs sualdan yayındı.

Misal üçün, parlamentin xarici əlaqələr komitəsinin sədri Sarqis Xandanyan Əliyevin adını eşidən kimi susdu. Avronest PA-da Ermənistan nümayəndə heyətinin rəhbəri Mariya Karapetyan Əliyevin adını eşidən kimi bu günlərdə danışmaq istəmədiyini bildirdi.

Nümayəndə heyətinin digər üzvüe Qurgen Arsenyan da eyni münasibət sərgilədi. Ermənistan hakimiyyəti İlham Əliyevdən qorxur. Görünür, parlamentdə Əliyevin adının çəkilməsi, yaxud ona qarşı fikirlərin səsləndirilməsi qadağan olunub”, – nəşr iddia edir.