Ermənistanın Milli Assambleyanın iclasında “Ermənistan” müxalifət blokundan olan deputat Qeqam Nazaryan hökumətə Tavuş rayon mərkəzinin İcevandan sərhəddəki Kirants kəndinə köçürülməsi barədə qərar qəbul etməyi təklif edib.
Bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
“Bu, qəsəbənin inkişafına və genişlənməsinə kömək edəcək və Kirantsın sakinləri əmin olacaqlar ki, onlar təhlükəsiz yerdə yaşayırlar. Çox ağlabatan təklifdir”, – Nazaryan bildirib.