Ermənistan parlamenti ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanmasına dair qanun layihəsini qəbul edib.
Sənəd ikinci oxunuşda qəbul edilib və Ermənistan qanunvericiliyinə uyğun olaraq bu, yekundur. Qanun layihəsinin qəbulunun lehinə 64 deputat, əleyhinə isə 7 deputat səs verib. Müxalif “Hayastan” fraksiyası səsvermədə iştirak etməyib, “Mənim şərəfim var” fraksiyası əleyhinə səs verib.
Daha əvvəl Ermənistan hökumətinin qərarını şərh edən Kreml bəyan edib ki, eyni zamanda Avrasiya İqtisadi İttifaqı və Aİ-yə üzv olmaq mümkün deyil. Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib ki, Rusiya qanun layihəsinin müzakirəsini Yerevanın Aİİ-dən çıxmasının başlanğıcı kimi qiymətləndirir.