Ermənistan parçalanacaq, İrəvan və Zəngəzur… – Heydər Əliyevin bu planı işə salındı

0
211

“Bu gün İlham Əliyev Heydər Əliyevin 1998-ci il fərmanını həyata keçirir. Həmin fərmanda azərbaycanlıların soyqırımından, Qərbi Azərbaycandan qovulmasından bəhs edilir. Əliyev də indi Qərbi Azərbaycan ideyasını həyata keçirir, Zəngəzur məsələsini qaldırır, İrəvan xanlığının varisi olduqlarını deyir”.

Bu barədə erməni politoloq Suren Zolyan deyib.

Erməni politoloq hesab edir ki, Qərbi Azərbaycan məsələsində İran ciddi maneədir: “Rusiya da müəyyən qədər mane olur. Türkiyə və Azərbaycan bu reallığı nəzərə alır, lakin bu vəziyyətdə Ermənistan Suriya ssenarisi ilə qarşılaşa bilər. Yəni Qərbi Azərbaycan üç dövlət arasında – Rusiya, İran və Türkiyə, yəni Azərbaycan arasında bölünə bilər. Suriya ssenarisi də belədir.

Orada Türkiyə, Rusiya və İranın nəzarətində olan ərazilər var, lakin rəsmi səviyyədə Suriya dövləti qalır. Fikrimcə, Ermənistanda da Suriya ssenarisi ola bilər, rəsmi olaraq dövlət qalır, lakin ölkə başqalarının nəzarətinə keçir”.