Ermənistan ordusunda dəhşət: Əsgərləri növbə ilə…

0
263

Ermənistan Müdafiə Nazirliyinin 2-ci ordu korpusunda xidmət edən əsgərlərin valideynləri övladlarına qarşı qeyri-insani münasibətə etiraz edirlər. 

Adının çəkilməsini istəməyən valideyn “Hraparak”a zəng edərək bildirib ki, komandirlər əsgərləri döyür, ikinci ordu korpusunun komandiri Qaregin Poqosyan isə hay-küy yaranmasın deyə belə hadisələri gizlədir.

“Valideynlər ordudakı zorakılıqlardan danışmağa qorxurlar. Qarik Poqosyanın təyinatından sonra Vardenisdə tam anarxiya hökm sürür. Uşaqların döyüş növbətçiliyi şərtləri pozulub. Səbəbini soruşduqda cavab verirlər ki, onları əvəz edəcək əsgər yoxdur. Övladım bütün hüquqlardan məhrum edilib”, – deyə o bildirib.

“İkinci Ordu Korpusunun komandiri Qaregin Poqosyan əsgərlərin həyatını əsl cəhənnəmə çevirib”, – başqa bir əsgərin atası xəbərdarlıq edib.

“Əsgərləri növbə ilə döyürlər və Poqosyan hadisə barədə Hərbi Polisə məlumat vermir. Ordumuzun vəziyyəti belədir”, – valideyn bildirib.