Ermənistan ordusu itki verdi: 1 ölü, 2 yaralı

0
150

Oktyabrın 2-də Ermənistan ordusunun 1əsgəri ölüb, 2-si isə yaralanıb. 

Bu barədə Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb. Ermənistan tərəfi dezinformasiya yayaraq bildirilir ki, guya Azərbaycan ordusunun ərzaq daşıyan avtomobil istiqamətində atəşə tutması nəticəsində itkilər olub.

Həlak olan hərbçi ER Müdafiə Nazirliyinin N saylı hərbi hissəsindən Aram Tiqran Köçəryanıdır.

Hazırda 2 yaralı hərbçinin həyatı təhlükədə deyil, onlar hərbi hospitala yerləşdirilib.