Ermənistan onları regiona gətirir: qonşu ölkələrə və Rusiyaya… – İrəvana SƏRT XƏBƏRDARLIQ

0
48

Kanadalı nümayəndələrin Aİ-nin Ermənistandakı missiyasında görünməsi de-fakto NATO-nun Cənubi Qafqaza sürünən nüfuzu deməkdir.

Bu sözləri Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “RİA Novosti”-yə bildirib.

O qeyd edib ki, Moskva bu nümayəndəliyin daimi ola biləcəyindən də narahatdır.

“Biz həm də narahatıq ki, İrəvanın təsdiqi ilə missiya nəinki genişlənir, həm də müvəqqətidən daimi missiyaya çevrilmək təhlükəsi yaradır ”, – Mixail Qaluzin vurğulayıb.

Yüksək rütbəli diplomatın sözlərinə görə, Moskvanın Aİ-nin Ermənistandakı nümayəndələrinin təkcə Rusiya hədəfləri ilə bağlı deyil, həm də respublikanın bütün qonşu dövlətləri ilə bağlı kəşfiyyat məlumatı toplamasından şübhələnməyə əsasları var.

Daha əvvəl rusiyalı diplomat qeyd edib ki, Ermənistanın Vaşinqtonda keçiriləcək NATO sammitində iştirakı Rusiyanı ancaq təəssüfləndirir. O xatırladıb ki, İrəvan KTMT-nin üzvü olmaqda davam edir, hərbi və hərbi-texniki sahədə çoxsaylı ikitərəfli sazişlərdə iştirak edir. Qaluzin sözlərinə görə, İrəvan “iki stulda oturmağa” çalışır.

Rusiyalı politoloq Dmitri Solonnikovun fikrincə, İrəvan böyük siyasi qalmaqala səbəb olub ki, xarici dövlətlər Ermənistanın “Hayasat-1” və “Armsat-1” peyklərini Yer orbitindən çıxarmaq tələbi irəli sürüb.