Ermənistan MTX Krım körpüsündə partlayışla bağlı cinayət işi qaldırıb

0
197

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) oktyabrın 8-i Krım körpüsündə baş vermiş partlayışda iştirakı olanların sırasında Ermənistan vətəndaşının olması iddialarına əsasən araşdırma aparır.

Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq terrorizmlə əməkdaşlıq, sənədlərin saxtalaşdırılması və partlayıcı malların qaçaqmalçılığı ittihamları üzrə cinayət işi açılıb.

İstintaq zamanı Ermənistan vətəndaşı tərəfindən idarə olunan yük avtomobilində daşınan partlayıcı maddənin gömrükdə yoxlanılması araşdırılacaq.

Qeyd olunun ki, bütün daxil olan məlumatlar araşdırılır və bir neçə maddə üzrə cinayət işinə başlanılıb, istintaq davam edir.

Qeyd edək ki, Rusiya Federal Təhlükəsizlik Xidməti Krım körpüsündə baş vermiş partlayışın təşkilatçısının Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi olması və işlə bağlı 8 nəfərin həbsi ilə bağlı məlumat yayıb. Həmçinin o da qeyd olunub ki, həbs olunanların arasında Ermənistan vətəndaşı da var.

Xatırladaq ki, yük avtomobili Ermənistan ərazisinə üçüncü ölkədən daxil olub və sonra tərk edərək Gürcüstan ərazisindən Rusiyaya daxil olub.