Ermənistan MN: Xidmətə hazırlığımız çatışmır

0
120

Orduda xidmətə hazırlığımız çatışmır, bəziləri xidmətdən yayınmağa çalışır.

Bunu Ermənistanın müdafiə naziri Suren Papikyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

Papikyan etiraf edib ki, 2023-cü il silahlı qüvvələr üçün ağır il olub.

“Hərbi xidmətə çağırışa gəlincə, bəli, narahatlıq doğuran problemlər var. Amma biz onları həll etməyə çalışırıq”, – nazir deyib.

Papikyan hərbi universitetdə islahatların aparılmasını vacib sayıb.

O, yanvarda orduda “dedovşina” və qəzalar nəticəsində bir neçə hərbçinin öldüyünü qeyd edib.