Ermənistan MDB-dən rəsmən imtina edir: Qriqoryan Moskvaya getməyəcək

0
286

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Təhlükəsizlik Şuraları katiblərinin noyabrın 8-də Moskvada keçiriləcək görüşündə iştirak etməyəcək.

Ermənistan Təhlükəsizlik Şurasının mətbuat katibi Tatevik Petrosyan bildirib.

Petrosyan qeyd edib ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Qriqoryan Moskvaya getməyəcək.

Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan MDB dövlət başçılarının oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən sammitində iştirakdan imtina edib.