Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla bağlı bu SƏNƏDİ TƏSDİQLƏDİ

0
81

30 avqust 2024-cü il tarixdə imzalanmış “Ermənistan və Azərbaycan arasında Dövlət Sərhədinin Demarkasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının və Azərbaycan və Ermənistan arasında Dövlət Sərhədinin Demarkasiyası üzrə Dövlət Komissiyasının birgə fəaliyyəti haqqında” əsasnamədə təsbit edilmiş vəzifələr və reqlament Konstitusiya ilə uyğundur.

Bu barədə Ermənistan Konstitusiya Məhkəməsinin verdiyi qərarda deyilir.

Konstitusiyanın 170-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu qərar qətidir və dərc edildiyi andan qüvvəyə minir.

Xatırladaq ki, iki ölkənin demarkasiya komissiyalarının aprelin 19-da keçirilmiş 8-ci iclasının protokoluna əsasən, komissiyalar birgə fəaliyyətin reqlamentinin razılaşdırılması işini başa çatdırıblar.

Əsasnamə avqustun 30-da imzalanıb və Ermənistan və Azərbaycan daxili prosedurlara başlayıblar.