Ermənistan Kamilə görə Rusiyaya nota verəcək? – Paşinyanın müavini açıqladı

0
86

Ermənistan tərəfindən axtarışda olan Kamil Zeynallının Rusiya tərəfindən Bakıya ekstradisiyası ilə bağlı müvafiq tədbirlər görüləcək.

Bunu Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan Ermənistanın tələbi ilə Rusiyada saxlanılan fitnes məşqçisi Kamil Zeynallının azad edilməsini şərh edərkən deyib.

“Əminəm ki, tədbirlər olacaq, amma indi daha ətraflı danışmaq istəmirəm. Çünki bu məsələ ilə bağlı kollegial müzakirə də aparılmalıdır, o cümlədən hüquq-mühafizə orqanlarından olan həmkarlarımızla”, – o qeyd edib.

Rusiyaya etiraz notası olub-olmayacağı ilə bağlı suala isə Paşinyanın müavini belə cavab verib: “Daha irəli getməyək, rəsmi cavab olanda bu barədə danışarıq”.

Qeyd edək ki, ötən gün Kamil Zeynallı Moskvadan Bakıya qayıtmaq istəyərkən Domodedovo aeroportunda saxlanılıb. Səbəb isə Ermənistanın Cinayət Məcəlləsinin 4 maddəsi ilə cinayət işi açması və onu beynəlxalq axtarışa verməsidir. Azərbaycan dövlətinin birbaşa müdaxiləsi ilə K.Zeynallı ötən gün günorta saatlarında azad edilib.