Ermənistan kəşfiyyat xidmətinin rəis müavini gizli şəkildə Bakıya gəlib? – SENSASİON İDDİA

0
37

Böyük Britaniyanın Məxfi Kəşfiyyat Xidmətinin rəhbəri Riçard Murun Bakı səfəri Ermənistanda ciddi müzakirə edilir. Mur ADA Universitetində mühazirə oxuyub, lakin səfərin detalları məlum deyil. Onun “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda II Bakı Təhlükəsizlik Forumunda iştirak üçün gəldiyi istisna deyil.

Ermənistan mediasında Murun Bakı səfəri ilə bağlı ortaya atılan bir iddia xüsusilə diqqət çəkir.

“Hraparak” nəşri erməni teleqram kanallarına istinadən iddia edir ki, Murun səfəri ərəfəsində Ermənistan Xarici Kəşfiyyat Xidmətinin rəis müavini Hrant Jilavyan da Bakıya gedib.

“Yayılan məlumatlara görə, Hrant Jilavyan həftəsonu gizli şəkildə Bakıda səfərdə olub və Mur da daxil olmaqla görüşlərdə iştirak edib. Bu informasiya təsdiq olunmadı, lakin təkzib də edilməməsi şübhələri artırır”, – nəşr iddiasını belə davam etdirir.