Ermənistan ordusunun Dağlıq Qarabağ və ətraf ərazilərdəki döyüşlərdə verdiyi itkinin miqyası gizlədilməkdə davam edir.
Döyüşlərin 1 həftəsi tamamlanarkən Qondarma Dağlıq Qarabağ hökuməti daha 51 əsgərin öldürüldüyünü və bununla itkilərinin 198-ə çatdığını bildirir.
Lakin Azərbaycan Müdafiə Nazirliyinin yayımladığı və sadəcə Silahlı Pilotsuz Uçuş Aparatlarının qeydə aldığı görüntülərin analiz nəticələri Ermənistan ordusunun itkilərinin qat-qat çox olduğunu ortaya qoyur.