Ermənistan hökuməti Türkiyə məhsullarının idxalını müvəqqəti olaraq qadağan edib. Qərar dekabrın 31-dən qüvvəyə minəcək.
Bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Ermənistan hakimiyyəti bu barədə 20 oktyabrda qərar qəbul edib.
Erməni tərəfi sözügedən qərarın təhlükəsizlik məqsədi daşıdığını bildirib. Buna səbəb kimi Türkiyənin Qarabağ münaqişəsi çərçivəsində Azərbaycanla sıx əməkdaşlıq etməsi göstərilib.