Ermənistanın 2025-ci ildə hərbi büdcəsi 1,7 milyard dollardan çox olacaq.
Ermənistanın 2025-ci il dövlət büdcəsi təsdiqlənib.
Büdcədə hərbi xərclər üçün 1,7 milyard dollardan çox vəsait nəzərdə tutulur. Bu, ötən illə müqayisədə 20 faiz çoxdur. Hərbi xərclər Ermənistanda ÜDM-nin 6 faizini təşkil edir. Bu, Ermənistan üçün fantastik hədd hesab olunur.
Ermənistanın hərbi xərclərini sürətlə artırması bölgədə sülh gündəliyini təhdid edir və İrəvanın müharibə hazırlığına diqqət çəkir. Rusiyalı hərbi ekspert Aleksandr Perenciyev də hesab edir ki, İrəvanın bu siyasəti Cənubi Qafqaz regionu üçün böyük problemlər yaradır.
“Ermənistanın yenidən silhlanması regiondakı vəziyyətə son dərəcə mənfi təsir göstərəcək. Təbii ki, belə bir vəziyyət Azərbaycanı da silahlanma yarışına sövq edir”, – o deyib.