Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

0
116

Ermənistan Silahlı Qüvvələrinin hərbçisi Tavuş rayonunda minaya düşüb.

Bu məlumatı “Sputnik Ermənistan”a Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən təsdiqləyiblər.

Bundan əvvəl “Hayastan” fraksiyasının deputatı Qarnik Danielyan Tavuşdakı insidentlə bağlı məlumat verib, lakin hərbçinin yaralandığını bildirməyib.

Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan izah edib ki, hərbçi sərhədyanı ərazilərdə minalardan təmizləmə işləri zamanı xəsarət alıb.

“Hazırda onun həyatı üçün təhlükə yoxdur. Hərbçinin səhhəti qənaətbəxş qiymətləndirilir”, – Torosyan deyib.