Ermənistan görüşmək üçün söz atır

0
526

Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Ermənistan Prezidenti Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında görüş ehtimalı ilə bağlı jurnalistlərin suallarını cavablandırıb.
Bu barədə Ermənistan mətbuatı yazıb.
“Hələlik tələsmirik. İndi biz qarşıdan gələn görüşə (XİN rəhbərləri səviyyəsində) köklənmişik, bundan sonra isə növbəti addımları görə bilərik. Bu mərhələni keçmək, daha sonra növbəti addımı planlaşdırmaq çox vacibdir. Əgər mən indi desəm ki, biz görüşün növbəti mərhələsini liderlər səviyyəsində görürük, tələsmiş olaram”, – Mnatsakanyan bildirib.