Ermənistanın təxribatından sonra Azərbaycanın keçirdiyi “qisas əməliyyatı” zamanı iki erməni təxribatçının öldürüldüyü barədə məlumat vermişdik.
Ölən ermənilərlə bağlı təfərrüatlar bəlli olub.
Ermənistan mətbuatı yazır ki, onlar Yerkrapah Könüllülər Birliyinin üzvləri olublar.
Bu fakt onu sübut edir ki, Ermənistan sərhəddə təxribatı məhz bu “könüllülər” vasitəsilə həyata keçirib. Bu etirafdan belə qənaətə gəlmək olar ki, Ermənistan hakimiyyəti ya ölkəyə nəzarət edə bilmir, ya da bu “könüllü təxribatçılar” məqsədli şəkildə sərhədə yerləşdiriliblər.
Bütün hallarda, Azərbaycan Ordusu göstərdi ki, hər bir təxribatın qarşısını qətiyyətlə alacaq.