Ermənistanın Baş naziri Nikol Paşinyan erkən parlament seçkilərinin keçirilməsinə hazır olduğunu açıqlayıb.
O, bununla bağlı qərarını Respublika Meydanında keçirilən mitinqdə açıqlayıb.
“Parlament müxalifəti bizimlə memorandum imzalayarsa, erkən seçkilərə hazırıq. Gəlin seçkilərə gedək və xalqın kimin yanında olduğunu görək”, – Paşinyan bildirib.