Ermənistan dövlət informasiya agentliyinin saytında “Qarabağ Azərbaycandır!” şüarı – FOTO

0
615

Ermənistan dövlət informasiya agentliyi “Armenpress”in saytı hakerlərin hücumuna məruz qalıb.Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

Məlumatda saytın Azərbaycan və Türkiyədən olan hakerlər tərəfindən “sındırılması” bildirilir. Belə ki, saytın ana səhifəsində bir saatdan artıq müddətdə “Qarabağ Azərbaycandır!” şüarı və Prezident İlham Əliyevin çıxışlarının videoyazısı əks olunub.