“Ermənistan deyir ki, guya dörd nəfər itkisi var. Onların daha çox itkisi var və olacaq”.
Bunu Laçında törədilən erməni təxribatı ilə bağlı Baku TV-yə açıqlamasında hərbi ekspert Alp Arslan İmamqulu deyib.
O qeyd edib ki, Ermənistan irimiqyaslı əməliyyata hazırlaşır:
“Xüsusilə uzaqmənzilli raket və artilleriya sistemlərindən istifadə edilməsi bunu sübut edir. Bundan əlavə, onlara Rusiya sülhməramlılarının da dəstəyi var”.