Ermənistan ictimaiyyətinin Azərbaycan qarşısında qorxusu növbəti dəfə pik həddə çatıb.
Bu barədə “Caliber” layihəsinin hazırladığı növbəti təhlildə deyilir.
Video təhlil layihənin “YouTube” kanalında yerləşdirilib.
Təhlildə qeyd olunur ki, noyabrın 9-da imzalanan üçtərəfli razılaşmanın nəticəsi olaraq Ermənistanın qərb sərhədlərinin delimitasiya prosesi başlayıb.
Lakin bu hadisədən sonra partizan dəstələri yaratmaq kimi absurd təhdidlələrlə çıxış edən Ermənistan tərəfinin çağırışları fərqli təkliflərlə əvəzlənib
İlk olaraq Ermənistanın sosial şəbəkə seqmentində daha sonra isə “İşıqlı Ermənistan” partiyasının rəhbəri Edmon Marukyanın dilindən Rusiyanın təcili olaraq Zəngəzura hərbi baza yerləşdirmək çağırışları səsləndirilib.
Təhlildə qeyd olunur ki, Rusiyanın Ermənistanda yerləşən hərbi bazasının, xüsusən də bu bölgəyə yaxın olan və həmsərhəd Mehri rayonun ərazisində yerləşən silahlı birləşmənin fəaliyyət göstərilməsi belə Ermənistan tərəfinin qorxularının qarşısını almağa kifayət etmir.