Ermənistan bu idarəetmə formasına qayıtmayacaq

0
149

Ermənistan Konstitusiya İslahatı Komissiyası əsas qanunun prezidentin funksiyalarından və idarəetmə formasından bəhs edən fəsilləri üzrə ictimai müzakirələr aparır.

Bu barədə ədliyyə naziri Qriqor Minasyan hökumətin iclasından sonra keçirilən brifinqdə konstitusiya islahatları komissiyasının işini şərh edərkən deyib.

Ermənistan parlamentli idarəetmədən yarı-prezident idarəetmə formasına keçməyəcək. Hazırda komissiya əsas qanunun prezidentin funksiyalarına və idarəetmə formasına aid olan fəsilləri ilə bağlı ictimai müzakirələr aparır.

“Konstitusiya İslahatları Şurası konseptual səviyyədə qərara gəlib ki, hazırkı model qorunmalıdır, daha ətraflı səviyyədə isə baş nazirin səlahiyyətləri martın sonunda müzakirə olunacaq”, – deyə Minasyan bildirib.

Nazir qeyd edib ki, konstitusiya islahatları üzrə hazırkı komissiya artıq səlahiyyət müddətini başa vurub və yaxın vaxtlarda yeni komissiya yaradılacaq.