Ermənistan Beynəlxalq Ədalət Məhkəməsindən çəkindiyi üçün mina xəritələrini əvvəlcədən qaytarıb

0
414

Beynəlxalq Ədalət Məhkəməsinin bu gün elan edilmiş qərarları arasında Azərbaycanın iddiası üzrə Ermənistanın mina xəritələrini qaytarması ilə bağlı qərarı yoxdur.

Bunun səbəbi bir neçə gün əvvəl Ermənistanın qalan ərazilərlə bağlı xəritələri Azərbaycana verməsidir.

Ermənistan məhz məhkəmənin qərarından çəkindiyi üçün xəritələri əvvəlcədən qaytarıb.

Xatırladaq ki, bir neçə gün əvvəl Ermənistan tərəfi Azərbaycan Respublikasının işğaldan azad olunan digər ərazilərinin mina xəritələrini də Azərbaycan tərəfinə təqdim edib.

Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsi BMT-nin ali məhkəmə orqanıdır.