Ermənistan Azərbaycanla sülh bağlamaq və diplomatik münasibət qurmaq istəyir

0
301

“Biz Azərbaycanla davamlı sülh istəyirik”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

Ermənistan mediası xəbər yayıb ki, Paşinyan Azərbaycanla münasibətləri normallaşdırmaq istədiklərini və atəşkəslə qane olmadıqlarını bildirib. 

“Azərbaycanla daimi sülh sazişi bağlamaq, diplomatik münasibətlər qurmaq istəyirik”,-deyə o əlavə edib.