Ermənistan Azərbaycanın Naxçıvanla əlaqələrini təmin etməlidir, yoxsa…

0
123

Son vaxtlar Ermənistandan, Qarabağın rusların müvəqqəti nəzarətində olan ərazilərinə daşınmalar kifayət qədər intensivləşmişdi və buna rus kontingentinin kuryerlik etməsi təbii ki, Azərbaycanı narahat edirdi”.

Bu sözləri açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib.

Hərbi ekspert vurğulayıb ki, Ermənistandan silah-sursat, mina, şəxsi heyət, texnika və digər avadanlıqların daşınması, Qarabağda mövcud olan erməni silahlılarının Azərbaycana qarşı müqavimət potensialının gücləndirilməsi məqsədilə atılan addımlardan idi:

“Son ay ərzində Azərbaycan bu fəaliyyətlərin qarşısının alınması üçün müəyyən addımlar atsa da, Rusiya kontingenti özü üçün nəticələr çıxarmadı. Bunun tam əksinə olaraq, Ermənistandan Azərbaycan ərazilərində hansısa sərhəd keçid məntəqəsinin qoyulması üçün konteynerlərin daşınmasını həyata keçirdi. Buna adekvat olaraq Dövlət Sərhəd Xidmətinin hissə və bölmələri aldıqları tapşırığa əsasən Azərbaycanın suveren ərazisində Ermənistandan gələrək, Laçından Xankəndinə gedən yolun başlanğıcında yerləşən körpü üzərində sərhəd keçid məntəqəsini inşa etdi”.

Ə.Verdiyev qeyd dib ki, bu sərhəd keçid məntəqəsinin inşa edilməsi Ermənistanın Qarabağla əlaqələrini tamamilə nəzarətə götürməyə və bu yolla qeyri-humanitar yüklərin, xüsusilə də silah-sursatın, şəxsi heyətin və digər hərbi təyinatlı məhsulların daşınmasını maksimum dərəcədə məhdudlaşdırmağa imkan verəcək:

“Bakı, böyük ehtimalla, Ermənistanla Qarabağın gələcək əlaqələrini, Azərbaycanın Naxçıvanla əlaqələrini təmin edəcək Zəngəzur dəhlizinin fəaliyyəti ilə sinxron bir şəkildə həyata keçirilməsinə çalışacaq