Ermənistanın baş nazirinin ofisi “Azərbaycanın nəzarətində olan 31 erməni kəndi” iddiası ilə bağlı məlumat yayıb.
Məlumatda “erməni ərazisi” olduğu iddia edilən kəndlərin adları qeyd olunur.
Erməni baş nazir Nikol Paşinyan daha öncə iddia edib ki, “31 erməni kəndi”nin əhəmiyyətli əraziləri bu və ya digər şəkildə Azərbaycanın nəzarətindədir. Bu kəndlərin ümumi ərazisinin 170 kvadratkilometr olduğu bildirilir. Həmin kəndlərin Zəngəzur, Qazax və Göyçə istiqamətində yerləşdiyi deyilir.
Bu ərazilərin “erməni kəndi” olması iddiası Ermənistanın növbəti yalanıdır. Söhbət 44 günlük müharibədən sonra Azərbaycanın dövlət sərhədini bərpa etməsi nəticəsində ordumuzun nəzarətinə keçən ərazilərdən gedir. Bu ərazilər işğal dövründə Ermənistanın dövlət sərhədini qanunsuz olaraq irəli çəkməsi nəticəsində “erməni ərazisinə” çevrilmişdi. Rəsmi İrəvan istəyir ki, sərhəddə “güzgü prinsipi” tətbiq edilsin, qoşunlar geri çəkilsin. Buna görə də “31 erməni kəndinin” Azərbaycanın nəzarətində olduğunu iddia edərək, qoşunların geri çəkilməsinə nail olmaq istəyirlər.