
Ermənistan hökuməti Zəngəzur (erməni dilində Sünik) bölgəsinin mərkəzini Qafan şəhərindən Sisian (Qarakilsə) şəhərinə köçürmək istəyir.
Buna səbəb müharibədən sonra Azərbayanın dövlət sərhədini bərpa etmək istiqamətində addımları, Gorus-Qafan yolunun Azərbaycanın suveren ərazisinə düşən 21 kilometr hissəsndə gömrük postunun qurulması və Qafan rayonuna gediş-gəlişin çətinləşməsidir.
“Qafan rayonun mərkəzinə çatmaq müharibədən əvvəl də çətin idi, indi çətinliklər 4 dəfə artıb, alternativ yollar da əlverişli deyil, – erməni mediası yazır.
Sünikin qubernatoru Melikset Poqosyan isə bu məlumatı təkzib edib.