
Ermənistan Avroviziya-2021 mahnı müsabiqəsində iştirak etməyəcək.
Bu barədə ölkənin ictimai televiziyası məlumat yayıb.
Televiziya aparılan müzakirə və danışıqlardan sonra belə bir qərarın verildiyini bildirib.
Qeyd edək ki, Ermənistan 2006-cı ildən musiqi yarışmasında iştirak edir. Cari ildəki müsabiqə isə 18-22 may aralığında Niderlandda keçiriləcək.