Ermənistan Aİ səfirlərini Türkiyə ilə sərhədə apardı: Nə göstəriblər?

0
110

Ermənistan Dövlət Gəlirləri Komitəsinin sədri Rüstəm Badasyan “Marqara” keçid məntəqəsində Avropa İttifaqı ölkələrinin səfirlərini qəbul edib.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bildirilir ki, komitənin sədri və Aİ ölkələrinin səfirləri “Marqara” keçid məntəqəsinin ərazisini gəziblər. Ekskursiya zamanı keçid məntəqəsinin infrastrukturunun müasirləşdirilməsi, eləcə də sərhəd nəzarətinin xüsusiyyətləri təqdim olunub.

Qonaqlar “Marqara” keçid məntəqəsinin xidmət zalı, dərin baxış anqarı, yük emalı kabinələri, anbar, dayanacaqlar və abadlaşdırılmış meydança, eləcə də müasir texniki avadanlıqlarla təchiz edilmiş və beynəlxalq standartlara uyğun inşa edilmiş digər infrastrukturlarla tanış olublar.