Ermənistan – Aİ əməkdaşlığı: Proses kobud şəkildə gedir, Rusiya ilə münasibətlər pisləşir

0
171

2020-2022-ci il böhranından sonra Ermənistanın təhlükəsizlik sistemini diversifikasiya etmək cəhdi haqlı idi, lakin proses bu qədər “asta” getməməli idi. Aİ-nin təhlükəsizlik resursları məhduddur, mövcud olanlar isə Ukraynada cəmləşib.

Politoloq David Arutyunov bu fikirləri “Sputnik Ermənistan”a müsahibəsində Aİ-nin İrəvanla əməkdaşlığını şərh edərkən bildirib.

Yanvarın 10-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Aİ-nin mülki monitorinq missiyasını Azərbaycanla sərhəddə təhlükəsizlik və sabitliyin mühüm amili adlandırıb.

Ekspert hesab edir ki, Ermənistan Aİ-nin ayrı-ayrı ölkələri ilə (məsələn, Fransa, Yunanıstan) hərbi sahədə əməkdaşlıq edir, lakin Aİ məsələsində bu cür bəyanatlar kifayət qədər deklarativ xarakter daşıyır.

Missiyanın özü də, ilk növbədə, Aİ-nin Ermənistana yardım etməyə hazır olması barədə bir növ mesajdır, lakin onun “yerdə” real çəkisi yoxdur.

Avropa Sülh Fondunun İrəvana yardımı barədə də danışılıb, lakin bu məsələ hələ müzakirə mərhələsindədir.

“Aİ təhlükəsizlik baxımından o qədər də uğurlu tərəfdaş deyil, çünki onun resursları ilkin olaraq bu baxımdan məhduddur. Mövcud olanlar isə hazırda Ukraynada cəmləşib”.

Onun fikrincə, çətin ki, yaxın vaxtlarda hər hansı dəyişiklik baş versin. Avropa İttifaqının Ermənistanın təhlükəsizliyinin təmin edilməsi baxımından daha böyük rol oynaması inandırıcı deyil.

​ Politoloqun sözlərinə görə , 2020-2022-ci illərdə Ermənistanın təhlükəsizlik sisteminin böhranını nəzərə alaraq alternativ variantların tapılması cəhdi tamamilə təbii və doğru qərar idi.

“Lakin proses çox kobud şəkildə gedir, Rusiya ilə münasibətlər pisləşir, bunun qarşısını almaq olardı. Bu barədə çox danışılır, amma praktikada çox az şey edilir və Rusiya Federasiyası ilə münasibətlərdə çat o qədər də dərin deyil. Beləliklə, Rusiya bazası ilə bağlı real addımlar atılmır, eyni zamanda, Ermənistan tərəfi hərbi-texniki əməkdaşlıq üzrə bəzi danışıqların davam etdiyini və “yeniləndiyini” təsdiqləyib”, – deyə Arutyunov qeyd edib.

Politoloq vurğulayıb ki, Rusiya Federasiyası ilə rəqabəti və Ermənistanın Avropaya doğru hərəkətini nəzərə alaraq, Aİ Ermənistanla münasibətləri dərinləşdirmək istəyini açıq şəkildə nümayiş etdirir. Burdan isə belə bir sual meyadana çıxır: Avropalılar nə qədər uzağa getməyə hazırdılar?