“Ermənistanın yaxın vaxtlarda Azərbaycana yeni güzəştlər edəcəyi ilə bağlı mötəbər məlumatlarımız var”.
Bu iddia ilə “Hraparak” nəşri çıxış edib.
Nəşrin əldə etdiyi məlumata görə, Bakı və İrəvan arasında sərhədin delimitasiya və demarkasiyası məsələləri ətrafında uzunmüddətli danışıqlar aparılıb.
“Tərəflər Ermənistan-Azərbaycan sərhədinin necə çəkiləcəyi ilə bağlı razılığa gəliblər. Bizim əlimizdə olan xəritələrə görə, Ermənistan tezliklə Azərbaycana 180 kvadratkilometr ərazi verəcək, əvəzində cəmi 25 kvadratkilometr ərazi alacaq. Mənbəmiz deyir ki, bu demarkasiya layihəsi hələ təsdiqlənməlidir, lakin demək olar ki, tam hazırdır. Əlimizdə xəritələr var, orada veriləcək ərazilər rəngli işarələrlə ayrılıb”, – nəşr iddia edir.