ABŞ-da münsiflər heyəti Konqresin ermənipərəst senatoru Robert Menendezi korrupsiya, Misir və Qətərin maraqları üçün xarici agent kimi lobbiçilik də daxil olmaqla 16 maddə üzrə təqsirli bilib.
Bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, Menendez həm də ədalət mühakiməsinə mane olmaq, qəsb etmək və fırıldaqçılıqda təqsirli bilinib.
Yeri gəlmişkən, həyat yoldaşı erməni olan senator bütün yazılarında günahını inkar edir. Onu 20 ilə qədər həbs gözləyir. Siyasətçi hələ də apellyasiya şikayəti verə bilər.
Xatırladaq ki, məhkəmə prosesi zamanı Menendez Senatın Xarici Əlaqələr Komitəsinin rəhbəri vəzifəsindən kənarlaşdırılsa da, Konqresin yuxarı palatasında fəaliyyətini davam etdirir.