Qədim xəritələrimizdə və digər mənbələrdə olan tarixi adlarımızın siyahısı hazırlanır. İndi həmin tarixi adlarımızın və onların düzgün yazılışının müəyyən edilməsi istiqamətində işlər aparılır.
Məsələ ilə bağlı Baku TV-yə danışan tarix elmləri doktoru Qasım Hacıyev bildirib ki, ermənilər nəinki bizim abidələrimizi dağıdır, onlar hətta bizim toponimlərimizi də dəyişdirib, özününküləşdirirlər.
İşğaldan azad edilən ərazilərdə erməniləşdirilən Azərbaycan toponimlərinin müəyyən edilməsi və onlara Azərbaycan adlarının qaytarılması üçün hazırlıq işlərinə başlanılıb. Millət vəkili, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin sözlərinə görə, artıq Dilçilik, Tarix, Coğrafiya institutları bu istiqamətdə işlər aparırlar.
Akademik əlavə edib ki, yeni yer adlarının müəyyən edilməsi zamanı həm tarixi toponimlər, həm də Azərbaycan ordusunun Vətən Müharibəsində etdiyi qəhrəmanlıqlarla, yeni tarixin nişanələri ilə bağlı yer adlarının qoyulması təklif edilir.https://www.youtube.com/embed/xGPOfSJyzeY