Ermənilərin “muzdlu”lar barədə həsrətlə gözlədiyi kadrlar, nəhayət, Bakıda çəkildi – VİDEO

0
473

Ermənistan Silahlı Qüvvələrinin Azərbaycan ordusunda suriyalı muzdlu şəxslərin döyüşməsi ilə bağlı iddialarının yalan olduğu dəfələrlə sübut olunub.

Düşmən dəfələrlə  bu cür halların olmasını irəli sürsə də, sübut edə bilməyib.
Azərbaycanın müzəffər ordusu var və hər gün yeni-yeni əraziləri düşmən işğalından azad edir.  Ordumuza kənar yerlərdən heç bir muzdlu şəxs gətirilmir.

Hər zaman mənfur xislətini nümayiş etdirən Ermənistanın Azərbaycan tərəfdən muzdluların döyüşməsi iddiası artıq məzəli, satirik məzmunlu videolarla məsxərəyə qoyulur

Belə ki, “Telegram” sosial şəbəkəsi üzərində “Karabakh is Azerbaijan” kanalının təşəbbüsü ilə maraqlı videoçarx hazırlanıb.

Videoçarxda ermənilərin cəbhədə olduğunu iddia etdikləri “muzdlu döyüşçülər” Bakıda “peyda olur”.

Videonu təqdim edirik: