Ermənilərin məhv etdiyi Şərq çinarlarının sayı AÇIQLANDI – FOTO

0
363

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) təşkilatçılığı ilə Cəbrayıl və Qubadlı rayonlarına təşkil olunan səfər çərçivəsində media nümayəndələri Cəbrayıl rayonunun Böyük Mərcanlı, Əmirvarlı kəndlərində məhv edilmiş yaşıllıq sahələrinə baxış keçiriblər.

ETSN-nin sektor müdiri Mehman Nəbiyev Əmirvarlı kəndi ərazisində 800 yaşı olan Şərq çinarları haqqında danışıb.

O bildirib ki, ağac 1974-cü ildə xüsusi qorunma statusu alıb: 

“İşğal zamanı ermənilər Şərq çinarını məhv edib. Qubadlı, Cəbrayıl, Füzuli və Zəngilan rayonlarında 35 Şərq çinarı olub. Bu rayonların hamısında ermənilər ağacları məhv edib”.