Ermənilərin atdığı “Osa” raketləri öz mövqelərinə düşüb – VİDEO

0
486

Ermənistanın silahlanmasında olan 9K33 “Osa” zenit-raket komplekslərinin (ZRK) əksəriyyəti döyüş əməliyyatlarında özünü doğrultmayıb.

“Youtube”da yayımlanan həvəskar çəkilişdə Ermənistan ordusunun “Osa” ZRK-dən uğursuz atışı görüntülənib.

Çəkilişdən göründüyü qədər dağlıq-meşəlik ərazidə yerləşdirilmiş “Osa” ZRK-dən buraxılan birinci raket hədəfə doğru uçmayaraq, işəsalma qurğusunun bir neçə yüz metr qarşısına, sonra buraxılan ikinci raket də bir neçə yüz metr uçaraq, yaxındakı boş sahəyə düşüb.

Qeyd edək ki, 2019-2020-ci illərdə Ermənistan İordaniyadan silahlanmadan çıxarılmış 35 ədəd 9K33 “Osa” zenit-raket kompleksi və raketlər əldə edib. ZRK-lərin satınalmadan sonra yerli “Patenş” QSC və “Jamar-D.D” ASC-nin iştirakı ilə müasirləşdirildiyi, radiosükut rejimində hədəflərin aşkarlanması və izlənməsinə imkan verən elektro-optik komplekslə təchiz edildiyi bildirilir.

Xatırladaq ki, sentyabrın 27-də döyüş əməliyyatlarının birinci günü Ermənistan ordusunun cəbhə xəttinə yaxın yerləşdirilmiş 14 ədəd, 27 sentyabr-10 noyabr tarixlərində isə 45-dən çox “Osa” ZRK məhv edilib.