Ermənilərin Arutyunyan oyunu: “Canlı meyit” imiş…

0
275

44 günlük müharibədə ordumuzun dəqiq zərbə ilə sıradan çıxardığı separatçı rejimin “müdafiə naziri” Cəlal Arutyunyanın sağaldığı haqda məlumatlar yalan çıxıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bir neçə gün öncə Cəlal Arutyunyan Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəisi təyin edilib.

Ermənistan rəsmiləri Arutyunyanın sağaldığını, hətta müsahibə verdiyini və mühüm vəzifəni icra etmək qabiliyyətində olduğunu deyirlər.Arutyunyan Eribuni Tibb Mərkəzinin reanimasiya şöbəsindədir.

General huşsuz vəziyyətdədir. Lakin bəzi məmurlar onun sağaldığını iddia edirlər.

Erməni neyrocərrah Marina Xaçatryan da C.Arutyunyanın sağalmaq ehtimalının az olduğunu deyib.

“Generalın ağır beyin zədəsi var, bu qədər tez sağalması və vəzifəyə başlaması inandırıcı deyil. Görünür, onun üzərindən çirkin siyasi oyun oynayırlar”, – erməni həkim bildirib.