Ermənilər yarışma öncəsi bizə yaltaqlanmağa başladı: Özü də Azərbaycan dilində – FOTO

0
338

Dekabrın 19-da Fransanın paytaxtı Parisdə baş tutacaq 19-cu Uşaq Avroviziya mahnı müsabiqəsində ölkəmiz 3 illik fasilədən sonra təkrar iştirak edir.

Müsabiqədə Azərbaycanla yanaşı, Albaniya, Almaniya, Bolqarıstan, Ermənistan, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, İspaniya, Qazaxıstan, Malta, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri də qatılır.

Müsabiqədə ölkəmizi Sona Əzizova “One of Those Days” (O günlərdən biri) mahnısı ilə təmsil edir.

Təmsilçimizin favoritlər sırasında göstərildiyi müsabiqədə Ermənistan Malenanın “Qami qami” mahnısı ilə iştirak edir.

Sosial şəbəkələrdə isə ermənilər artıq təmsilçilərinin təbliğatını aparmağa başlayıblar. Belə ki, erməni istifadəçilər hətta Azərbaycandan belə səs istəməyi ağıllarına gətiriblər.

Görünür ki, son günlər siyasi arenada sülh və münasibətlərin normallaşdırılması istiqamətində atılan bir sıra addımlar erməni istifadəçiləri də cəsarətləndirib. Lakin yenə də bu çağırışların səmimi xarakter daşımadığını və tipik erməni yaltaqlığının nümunəsi olduğunu vurğulamalıyıq.

“Əziz azərbaycanlılar! Bir-birimizə nifrət etdiyimizi bilirəm, amma JESC hamımızı birləşdirməlidir! Ermənistan və Malenanı dəstəkləyin, biz də Sona Əzizova və onun “O günlərdən biri” adlı sehrli balladasını dəstəkləyəcəyik. Uğurlar, Ermənistan və Azərbaycan!”, – deyə sosial şəbəkədə erməni istifadəçilərdən biri yazıb.

Yaltaqlığın sirlərinə dərindən bələd olan ermənilər paylaşımı da Azərbaycan dilində etməyə qərar veriblər. Səmimilikdən uzaq olan bu tip çağırışlara dəstək verən ermənilər heç də az deyil.

Ancaq təbii ki, erməni xalqının “zəngin irsini” bilən hər kəs bu yanaşmanın riyakarlıq və yaltaqlıqdan başqa bir şey olmadığını anlayır. Əslində ermənilər özləri də öz paylaşımlarının süniliyindən xəbərdardırlar, ancaq yenə də erməni xislətləri onları bir-iki səs “qabağa salmaq” üçün əllərindən gələni etməyə vadar edir.

Digər bir məqam da ermənilərin yaltaqlığıdır. Təbii ki, bu amil də çağırışların səmimiyyətdən uzaq olmasını istisna etmir. Yaltaqlıq erməniləri xarakterizə edən ən mühüm cəhətlərdən biri olduğu üçün təkcə öz təmsilçilərinə səs istəmirlər, eyni zamanda guya bizə səs “vəd edirlər”.