Ermənilər Vardanyanı Bakıdan almaq üçün hiyləgər yola əl atdılar – Detallar

0
87

Erməni diasporu Qarabağda separatizm fəaliyyətinə görə qandallanaraq, Bakıya gətirilən Ruben Vardanyanı xilas etmək üçün hiyləgər yol əl atır.

R.Vardanyanın namizədliyi Nobel Sülh Mükafatına təqdim edilib. Məlumatı Vardanyanın ofisi təsdiq edib. İddia edirlər ki, Vardanyan “xeyriyyəçi” olduğu üçün Nobel mükafatına layiq görülə bilər.

Halbuki, R.Vardanyanın sahib olduğu sərvətin mənbəyi çirkli pulların yuyulması və digər qanunsuz fəaliyyətlərə bağlıdır. O, Azərbaycanın suveren ərazisində terrorizmi maliyyələşdirməklə beynəlxalq hüququ da tapdayıb. Aydındır ki, ermənilərin Vardanyanın namizədliyini Nobel mükafatına verməkdə məqsədi Azərbaycana təzyiq etmək və onun sərbəst buraxılmasına nail olmaqdır.