Ermənilər ümidsiz durumda : Azərbaycan rusların bu təklifini rədd etdi

0
139

Həkəri körpüsündə quraşdırılmış nəzarət-buraxılış məntəqəsinin sökülməsi məsələsi ilə bağlı Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə Azərbaycan arasında danışıqlar nəticə verməyib”.

Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Ermənilər vəziyyətin ümidsiz olduğunu etiraf ediblər. “Hraparak” qəzeti yazır ki, Rusiya tərəfi onların nəzarətində olacaq, Azərbaycanın isə onlayn müşahidə aparacağı rentgen skanerlərinin yerləşdirildiyi keçid məntəqələrinin qurulmasını istəyib. Azərbaycan isə bundan qətiyyətlə imtina edib.

Qəzet bildirir ki, ruslarla danışıqlarda azərbaycanlılar müəyyən güzəştlərə gediblər: onlar rus sülhməramlılarına keçid məntəqəsində bəzi qeyri-vacib funksiyaların yerinə yetirilməsinə razılıq verə bilərlər, vəssalam