Bu gün Azadlıq meydanındakı Zəfər paradında Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışı, eləcə də düşmən hərbi texnikalarının qənimət kimi nümayiş olunması erməniləri daha da qəzəbləndirib.
Paradı izləyən məğlub erməni xalqı sosial şəbəkələrdə baş nazir Nikol Paşinyana qarşı sərt tənqidlər səsləndirməyə başlayıblar.
Onlar “Paşinyan, kişi ol, reaksiya ver” kimi təhqir dolu sözlər yazıblar.