Ermənilər Nikolun yerində kimi görür? – Sorğuda Vardanyanın da adı çıxdı

0
61

Ermənistanda “Gallup beynəlxalq assosiasiyası”nın üzvü olan “MPG MMC” hazırda keşiş Baqrat Qalstyanın rəhbərliyi ilə etiraz aksiyası keçirən “Vətən üçün Tavuş” hərəkatı haqqında sorğu keçirib.

“Liderlik” adlanan sorğuda respondentlərdən “Ermənistanın keçid hökumətinin başçısı kim olmalıdır” sualı soruşulub.

Sorğuda iştirak edənlərin 6,7 faizi Baqrat Qalstyanın, 2,5 faizi Robert Köçəryanın, 2,2 faiz Vardan Qukasyanın, 2 faiz Arman Tatoyanın, 1,5 faiz Serj Sarkisyanın, 1 faiz Ruben Vardanyanın (hazırda Bakıda həbsdədir) adını çəkib. 50,5 faiz insan bu şəxslərdən heç birini dəstəkləməyib. 31 faiz insan isə cavab verməkdə çətinlik çəkib.