Ermənilər Makronun dəstəyi ilə Qarabağda təxribata hazırlaşır – ŞOK VİDEO

0
182

nsa Senatı Azərbaycanı “kütləvi müharibə cinayətləri”ndə ittiham edib və Aİ-nin “Azərbaycandan qaz və neft idxalına sanksiya qoyması” tələbi ilə qətnamə layihəsinin təşəbbüskarı olub. Bu cür mülahizələr təsadüfən yaranmayıb. Əslində Ermənistanın Azərbaycana münasibətdə bu rəvayətini bir neçə fransız fiquru Avropa İttifaqına sırımağa çalışır, Qarabağ münaqişəsində Azərbaycanın hücum edən ölkə olduğunu, guya Ermənistan ərazilərinin bir hissəsini “ilhaq” etdiyini əsas gətirir”.

Bu barədə “Kanal 24”-ün süjetində deyilir.

“2020-ci ildə İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan 30 ildən artıq Ermənistan tərəfindən işğal olunmuş ərazilərini geri qaytarıb. Məhz rus raketləri erməni hərbçilərinin əli ilə Azərbaycanın yaşayış məntəqələrinə atılıb, dinc azərbaycanlılar qətlə öldürülüb. Azərbaycan öz torpaqlarını geri qaytarıb və bu torpaqlar beynəlxalq birlik tərəfindən tanınır. Ancaq Qarabağ ətrafında olan məsələlər yenidən qızışır”, – süjetdə qeyd olunub.

Ukraynalı siyasi ekspert Anatoli Oktisyukun fikrincə, təkcə Fransada diaspor nümayəndələrinin sayı 700 mindən çox olan Ermənistan, Qarabağda növbəti təcavüzkar hərəkətləri üçün Qərbdən dəstək axtarır.

“Ermənistan İkinci Qarabağ müharibəsinin nəticələrindən sonra əldə olunan razılaşmaları həyata keçirmək üçün siyasi istək nümayiş etdirmir. Davamlı təxribatlar, sərhəd atışmaları olur. Bununla yanaşı, maraqlı tərəflər Rusiya-Ukrayna müharibəsi ilə paralellər aparmağa çalışırlar – Ermənistanın Ukrayna kimi hərbi təcavüzün qurbanı olduğunu deyirlər. Lakin ekspertlərin fikrincə, bu versiya həqiqətən absurddur. Qarabağ münaqişəsini Ukrayna məsələsinə bağlayaraq Azərbaycana qarşı beynəlxalq koalisiyalar yaratmaq cəhdləri var. Amma onları birləşdirmək olmaz. Bu iki münaqişəni müqayisə etsək, Ukrayna Azərbaycana, Ermənistan isə Rusiyaya bənzəyir. Azərbaycan işğal olunmuş ərazilərini hərbi yolla azad etdi. Ukrayna indi eyni şeyi edir”, – Anatoli Oktisyuk bildirib.

Ekspert, Azərbaycanın haqlı mövqeyini və Ukraynaya dəstəyini xüsusi qeyd edib. “Bəs burada əsl təcavüzkar kimdir? Sual ritorikdir, cavab isə göz qabağındadır”, – deyə, o əlavə edib.