Ermənilər etiraz edir: hər şey Azərbaycanın xeyrinə həll olundu – VİDEO

0
76

Azərbaycan və Ermənistan arasında sərhədin Qazax-Tavuş istiqamətinin demarkasiyası ilə bağlı imzalanan protokol Kirants kəndində narazılıq yaradıb.

Ermənistan baş nazirinin ofisi protokolda istədiklərinə nail olduqlarını açıqlayıb.

Qeyd olunub ki, Voskepardakı (Əskipara) kilsə, o cümlədən, Bağanis-Voskepar yolu onların nəzarətində qalıb. Bununla yanaşı, 25 hektar əkin sahəsinin Kirants kəndində qaldığı deyilir.

Kirants kəndindəki ermənilər isə Ermənistan hakimiyyətini yalan danışmaqda ittiham edir. Bildirirlər ki, onların xeyrinə heç nə həll olunmayıb.

“Əsas problemli məsələ kənd körpüsü, məktəb və fərdi yaşayış evləridir. Bunların heç biri bizim xeyrimizə həll olunmadı”, – ermənilər deyib.

Baş nazir Nikol Paşinyan bildirib ki, bu üç məqam həssas məsələdir, burada daha əhatəli iş aparılacaq. Ermənistan müxalifəti isə bildirib ki, Kirants kəndinə 25 hektar ərazinin əlavə olaraq qalması mümkün deyil. Çünki xəritələrdə fərqli şeylər qeyd olunur. Onlar Paşinyanın yalan danışdığını deyirlər.