Ermənilər etiraz edir: Azərbaycan nə etməlidir?

0
81

Xəbər veridiyimiz kimi, Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı sərhəddə geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlanılıb. Amma erməni kəndlərinin sakinləri işğal etdikləri torpaqların qaytarılmasını istəmirlər. Onlar ənənəvi erməni xislətinə əsaslanaraq etiraz edirlər.

Ermənilərin etirazları prosesə mane olarsa, Azərbaycan hansı addımları atmalıdır?

Bu barədə danışan politoloq Fərhad Məmmədov bildirib ki, bu komissiyanın işinə şərait yaradılması üçün hər bir ölkənin öz öhdəliyi var.

“Bu gün delimitasiya və demarkasiya üzrə komissiya artıq ərazidə işə başlayıb. Ermənistan rəhbərliyi də digər ölkələr kimi, komissiyanın işinə şərait öhdəliyini həyata keçirməlidir. Əgər belə bir qərar qəbul edilibsə, həyata keçirilməsi üçün də hərtərəfli şərait yaradılmalıdır.

Ermənistan tərəfindən etiraz aksiyalarına nəzər saldıqda, bu, onların daxili işidir. Hökümət bu aksiyalara münasibət bildirməlidir, bunun qarşısı alınmalıdır. Azərbaycan bu mövqedə hər hansı addım ata bilməz. Bu məsələdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür”, – politoloq bildirib.