Ermənistan mətbuatı Azərbaycana qarşı qərəzli təbliğatını dayandırmır. Hətta bəzən elə olur ki, ermənilər antitəbliğatın “doza”sını çox edirlər və nəticədə özləri biabır olurlar.
Ermənistan mətbuatı bir neçə gündür ki, Qarabağda erməni qalmadığını iddia edir. Bu gün səhər yazıblar ki, son ermənilər də Xankəndini tərk edib və guya şəhərdə 5-10 nəfər könüllü qalıb.
Bunun ardınca isə belə bir xəbər yayırlar: “Rusiya sülhməramlıları Ermənistandan Xankəndi çörək zavoduna 15 tondan çox un aparıb və orada qalan erməni əhalisi üçün çörək bişiriləcək”.
Maraqlıdır, Xankəndidə 5-10 adam üçün 15 ton un nəyə lazım? Onlara 2-3 kisə un da bəs edərsə…