Ermənilər Bakıya qarşı taktikanı dəyişir: İki məsələni irəli sürəcəklər

0
222

Prezident İlham Əliyev Xankəndidə dövlət bayrağını dalğalandırdıqdan sonra Ermənistanda taktikanı dəyişmək haqda fikirlər səsləndirilir.

Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan Qarabağ iddiasından əl çəkməmək çağırışı edib və rəsmi İrəvana iki istiqamətdə işləmək təklifi ünvanlayıb.

“Ermənistan hakimiyyəti Azərbaycanla danışıqların gündəliyini dəyişdirməli, iki əsas məsələni önə çıxarmalıdır. Birincisi, ermənilərin Qarabağa qayıtması, ikincisi, “erməni məhbusların” və Qarabağın “rəhbərlərinin” (separatçı liderlər) azad edilməsidir. Bu iki məsələ şərəf və milli ləyaqət məsələdir”, – Oskanyan deyib.

Əslində Oskanyan da anlayır ki, bu dediklərini reallaşdırmaq çətindir. Hərçənd, o bununla Paşinyana “ağıl verən” siyasətçi kimi görünmək istəyindədir. Eyni zamanda, bu təkliflər Ermənistanda revanşistlərin Qarabağ iddiasını fərqli formada davam etdirmək niyyətindən xəbər verir.