Ermənilər Azərbaycan səfirliyinin önündə mitinq keçiriblər

0
205

Qondarma erməni soyqırımının ildönümündə ABŞ-də yaşayan ermənilər Azərbaycanın Vaşinqtondakı səfirliyi qarşısında mitinq keçiriblər.

Bu barədə Azərbaycan səfiri Xəzər İbrahim özünün “Twitter” hesabında bildirib.

“Ermənilər səfirliyimizin önündə sülh istədikləri şüarları səsləndirməklə yanaşı, həm də Azərbaycan və Türkiyənin suveren ərazilərinə iddialar səsləndirirlər. “Sülh” sözü ermənicə “müharibə” kimi tərcümə olunur?”, – deyə diplomat sosial şəbəkədə qeyd edib.